Günlərin bir günü... (film, 1976)
Kinoalmanax
Hər iki novellanı ümumi bir fikir birləşdirir: insan öz vəzifəsinə, əqidə və məsləkinə sadiq qalmalı, bu və ya digər dərəcədə öz şəxsi səadətindən, vəzifəsindən və yaxşı güzəranından əl çəkib qəlbinin hökmü ilə hərəkət etməli, başqalarına lazım olan işlər görməlidir.
Müəlliflər bu film vasitəsilə bugünkü gənclər, onların qarşısında duran problemlər haqqında söz açmışlar.
Süita
"Süita"da insanın öz əqidəsinə sadiq qalmasının vacibliyindən bəhs edilir. Novellanın qəhrəmanı (Vladimir Vorobyov) çimərlikdə xilasedici işləyir. Dənizdə baş verən hadisələr onu əyləndirmir və düşündürmür. Bizenin musiqisi altında o öz Karmeni, özünün qəhrəmanlığı və güclü məhəbbəti haqqında xəyallara dalır.
Günlərin bir günü
"Günlərin bir günü"ndə isə rahatlığından, vəzifəsindən əl çəkib qəlbinin hökmü ilə hərəkət etməyi bacaran insandan bəhs edilir. Bir dəfə səhər erkən perspektivli elmi əməkdaş (Semyon Farada) öz eyvanındann uçan kosmik gəmi görür. Bir qədər həyəcanla o, bu barədə qaynanasına (Leyla Bədirbəyli), qonşularına, tanışlarına, idarə rəhbərinə və nəhayət, psixiatra danışır...
Kinoalmanax
Kinoalmanax 2 novelladan ibarətdir: "Süita" və "Günlərin bir günü"
Süita
Film rejissor Rüstəm İbrahimbəyovun rejissor kimi kinoda ilk işidir.